Canlı efirdə Ukrayna taxılına görə dava etdilər

 09:28 21.07.2023     248

Polşalı deputatlar Yanuş Kovalski və Dariuş Klimçak Polşanın "Polsat" telekanalının efirində Ukraynadan gələn taxılla bağlı söyüş davasına başlayıblar.

Redaktor.az xəbər verir ki, teleaparıcı Aqneşka Qozdıra onları sakitləşdirmək üçün aralarında dayanmalı olub.

Müzakirələr zamanı hakim koalisiyanın “Suveren Polşa” partiyasının üzvü Kovalski müxalifətçi Dariuş Klimçakı və onun Polşa Xalq Partiyasını Ukrayna ilə ticarətin liberallaşdırılmasına dəstək verməkdə ittiham edib, bundan sonra ona emosional təzyiq göstərməyə çalışıb. Siyasətçi bildirib ki, o, rəqibinin birdəfəlik “Polşaya sadiq” olmasını “istəyir”. Rəqibi dolayı yolla onu ölkənin mənafeyinə xəyanətdə ittiham etdikdən sonra ədəbsiz şəkildə onu bu cür danışmağı dayandırmağa çağırıb və “Polşaya sadiq” olduğunu vurğulayıb.

“Kənd təsərrüfatı nazirinin müavini vəzifəsini tutan siz Polşa kənd təsərrüfatı ilə deyil, sosial şəbəkələrdə holland travestiləri ilə məşğulsunuz”, - Klimçak Kovalskiyə cavab verib.

Qeyd edək ki, bundan əvvəl Kiyevdə Polşa Ukrayna taxılını idxal etmək istəmədiyinə görə tənqid olunub.

Əlavə edək ki, taxıl müqaviləsi çərçivəsində sonuncu gəmi Qara dənizi tərk edib.

Turan İSMAYIL