Bu ölkədə elektriklə uçan taksi istehsal ediləcək

 09:40 21.07.2023     224

Braziliyanın təyyarə istehsalçısı "Embraer" elektriklə uçan taksilərin istehsalı üçün San-Paulu şəhəri yaxınlığında fabrik tikəcəyini açıqlayıb.

Redaktor.az "TRT Haber"ə istinadən xəbər verir ki, uçan taksilərin 2026-cı ildən səmada olacağı gözlənilir.

Şirkət artıq 3000-ə yaxın hava taksisi sifarişi aldığını bildirib.

Humay İSGƏNDƏRLİ