Amsterdamda turistlərin sayını azaltmaq üçün bu üsul tətbiq edildi

 12:57 21.07.2023     200

Turistlərin sayını və ətraf mühitin çirklənməsini azaltmağı hədəfləyən Hollandiyanın paytaxtı Amsterdamda böyük kruiz gəmilərinin şəhərin mərkəzində lövbər salmasına qadağa qoyulub.

Redaktor.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu, paytaxtda kütləvi turizmin qarşısının alınması üçün həyata keçirilən tədbirlərdən biridir.

Qadağa şəhər şurasında böyük səs çoxluğu ilə qəbul edilib.

Humay İSGƏNDƏRLİ