Ərdoğan İsveçin NATO-ya üzvlük perspektivindən danışdı

 14:25 21.07.2023     225

İsveçin NATO-ya üzvlüyü ilə bağlı təklif parlamentə təqdim edildikdən sonra proses parlamentin iş qrafikinə uyğun formalaşacaq.

Redaktor.az xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasına səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan İsveç tərəfinin verdiyi təminatlara əməl edəcəyinə ümid etdiyini qeyd edib.

“İsveçin atacağı addımlara uyğun hərəkət edəcəyik. NATO-nun ikinci ən güclü ordusuna sahib olan və NATO-nun lokomotivi olan Türkiyənin Avropa Birliyinə üzvlüyü də Birliyə canlılıq və güc qatacaq”.

Türkiyə Prezidenti terror təşkilatlarına qarşı mübarizə və terrorçuların ekstradisiyasında İsveçin konkret addımlar atmasının İsveçin xeyrinə olacağını da vurğulayıb.