"Polşa Qərbi Ukraynanı mənimsəmək istəyir" - Putin

 16:11 21.07.2023     234

Polşa Şimali Atlantika Alyansı adı altında koalisiya yaratmağa və Ukraynadakı münaqişəyə müdaxilə edərək “böyük parçanı” əlindən almağa çalışır.

Redaktor.az "gazeta.ru"ya istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə əməliyyat iclası çərçivəsində çıxışında bildirib.

“Polşa liderlərinə gəlincə, yəqin ki, onlar “NATO çətiri” altında hansısa koalisiya yaratmağı və Ukraynadakı münaqişəyə birbaşa müdaxilə etməyi və sonra özlərinə daha yağlı bir parça “yırtmaq” niyyətindədirlər”, - Rusiya lideri bildirib.

Onun sözlərinə görə, Polşa hakimiyyəti tarixən özlərinin hesab etdikləri əraziləri - Qərbi Ukraynanı mənimsəmək istəyir.

Prezident Putin əlavə edib ki, polyakların da Belarus torpaqları arzusu var.

Həmçinin bildirilib ki, Rusiya Federasiyasının prezidenti əməliyyat müşavirəsi çərçivəsində Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinə Polşa hakimiyyətinin Ukrayna ilə bağlı planlarını izləməyi tapşırıb.

Turan İSMAYIL