İtaliyanın şimalı yağışlarla, cənubu isə istilərlə mübarizə aparır

 17:53 21.07.2023     248

Yağıntılar və tufanlar İtaliyanın şimal bölgələrində həyata mənfi təsir edir.

Redaktor.az "TRT Haber" istinadən xəbər verir ki, İtaliya mətbuatında yer alan xəbərə görə, ölkənin cənubunda isə vətəndaşlar istilərlə mübarizə aparır.

İtaliyanın şimal bölgələrindən biri olan Venetonda güclü dolu nəticəsində 110 nəfər yaralanıb. Səhiyyə Nazirliyi isə kəskin istilərlə əlaqədar mərkəzi və cənub bölgələrdəki 19 şəhəri “qırmızı” kateqoriyaya salaraq əhaliyə xəbərdarlıq edib. 

Qeyd olunub ki, mərkəzi və cənub rayonlarında bir həftədir davam edən yüksək temperatur həftəsonu da davam edə, bəzi yerlərdə 45-47 dərəcəyə çata bilər.

Humay İSGƏNDƏRLİ