Bu ölkədə insanlara sudan keçən yoluxucu xəstəliklərlə bağlı xəbərdarlıq edildi

 18:04 21.07.2023     273

Hindistanın paytaxtı Yeni Dehlidə yağışlı mövsümdə sudan keçən yoluxucu xəstəliklərə yoluxma riski artdığına əhaliyə xəbərdarlıq edilib.

Redaktor.az "TRT Haber"ə istinadən xəbər verir ki, Hindistanda musson yağışlar zamanı dizenteriya və vəba kimi xəstəliklər artır.

Ölkə vətəndaşlarından küçə satıcılarından alınan dilimlənmiş meyvələr kimi çiy qidalardan istifadə etməmələri xahiş olunub.

Qərbi Maharaştra ştatında güclü yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində 16 nəfər ölüb.

Humay İSGƏNDƏRLİ