Daha bir ölkənin XİN rəhbəri Kiyevə gedib
Qvatemala xarici işlər naziri Mario Bukaro Ukraynanın paytaxtı Kiyevə işgüzar səfərə gəlib. O, artıq Ukrayna xarici işlər nazirinin birinci müavini Emine Caparova ilə görüşüb.
Redaktor.az "RBC-Ukrayna"ya istinadla xəbər verir ki, bu barədə Caparova özünün tviter hesabında yazıb.
“Qvatemala xarici işlər naziri Mario Bukaro ilə səmərəli görüş keçirildi. Bugünkü səfər Ukrayna və Qvatemala arasında münasibətlərin və dostluğun unikal xarakterinin bariz sübutudur”, - deyə o bildirib.
Caparova və Bukaro üçüncü Krım Platforması sammitinə hazırlıq və Prezident Volodimir Zelenskinin sülh formulasının həyata keçirilməsi üçün atılan addımları müzakirə ediblər.
Turan İSMAYIL