Türkiyə gəmiləri Qara dənizdə gəmiçilik zolaqlarını mühafizə edə bilər
Türkiyə gəmilərinin Qara dənizdə gəmiçilik zolaqlarının mühafizəsinə cəlb edilməsi təşəbbüsü rəsmiləşdirilməyib.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu jurnalistlərə Ukraynanın BMT-dəki daimi nümayəndəsi Segey Kislitsa belə təklifləri şərh edərkən deyib.
“Bu ideya rəsmiləşdirilməyib. Lakin bu, Ukrayna hakimiyyətinin ehtiyacı olanlara taxılın çatdırılmasını təmin etmək üçün müxtəlif yollarla cəhd etdiyini göstərir”, - diplomat bildirib.
“İndi bir neçə təklifə baxılır, yaxın günlərdə biz bu müzakirələrin nəticələri barədə danışa biləcəyik”, - o əlavə edib.
Xatırladaq ki, Rusiya "taxıl sazişi"ndən çıxdığını bəyan edib.
Turan İSMAYIL