Bolqarıstan parlamenti Ukrayna ilə bağlı qərar verdi

 21:55 21.07.2023     309

Bolqarıstan parlamentinin üzvləri bu gün, iyulun 21-də Ukraynaya zirehli transportyorların tədarükünə səs veriblər.

Redaktor.az bu barədə "RBC-Ukrayna"ya istinadla xəbər verir.

Qərarın lehinə 142 deputat səs verib. Onlar Bolqarıstan Daxili İşlər Nazirliyinin anbarlarından köçürüləcək.

Bolqarıstan Müdafiə Nazirliyi ölkənin müdafiə qabiliyyətinin bundan əziyyət çəkməyəcəyinə əmin edib.

Deputatlar həmçinin Bolqarıstanda ukraynalı hərbçilərə bu zirehli transportyorlardan istifadə qaydalarını öyrətməyi, sonra isə onları Ukraynaya göndərməyi təklif ediblər.

Turan İSMAYIL