"Priqojin indi öz həyatının təhlükəsizliyi haqqında düşünməlidir" - Blinken

 22:05 21.07.2023     382

Rusiyada "Vaqner" qrupunun qiyamını əhatə edən son hadisələr Vladimir Putinə birbaşa çağırış oldu və onun rejimində yeni çatlara səbəb oldu. Ona görə də Rusiyada mövcud olan praktikanı nəzərə alaraq Yevgeni Priqojin indi öz həyatının təhlükəsizliyi haqqında düşünməlidir.

Redaktor.az “Ukrinform”a istonadla xəbər verir ki, bunu cümə günü ABŞ dövlət katibi Entoni Blinken Aspen Təhlükəsizlik Forumunda çıxışı zamanı deyib.

“Düşünürəm ki, biz əminliklə deyə bilərik ki, fasadda (Rusiya rejiminin - red.) çatların əmələ gəldiyini gördük”, Blinken qeyd edib.

O vurğulayıb ki, Priqojin birbaşa Putinin nüfuzuna meydan oxuyur və Ukraynada müharibənin ilkin şərtlərini şəxsən Putin tərəfindən formalaşdırıldığını açıq şəkildə şübhə altına alır.

“Bilirsiniz, mən Priqojinin yerində olsaydım, çox narahat olardım. NATO açıq qapı, Rusiya isə açıq pəncərə siyasəti aparır. Ona görə də o (Prıqojin – red.) diqqətini buna yönəltməlidir”, - Blinken bildirib.

Turan İSMAYIL