Zelenski Ərdoğandan bunları xahiş etdi

 22:16 21.07.2023     452

Ukrayna Prezidenti Vladimir Zelenski ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Redaktor.az “Ukrinform”a istinadla xəbər verir ki, bu barədə dövlət başçısı tviter hesabında məlumat yayıb.

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı olub. O, iyulun 7-də İstanbulda keçirilən səmərəli görüşə və Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı Türkiyənin prinsipial mövqeyinə görə təşəkkür edib”, - deyə Zelenski bildirib.

Prezidentlər Qara Dəniz Taxıl Təşəbbüsünün işini bərpa etmək üçün səyləri əlaqələndiriblər. “Rusiyanın hərəkətlərinə görə dünya yenidən ərzaq böhranı astanasındadır. Afrika və Asiyanın bir çox ölkəsində ümumilikdə 400 milyon insan aclıq təhlükəsi ilə üzləşib. Birgə səylərlə biz qlobal qida fəlakətinin qarşısını almalıyıq”, - deyə Zelenski bildirib.
Bundan əlavə, prezidentlər Sülh Formulasının həyata keçirilməsini müzakirə ediblər. Zelenski həmçinin Türkiyə prezidentindən ukraynalı məhbusların, xüsusən də Krım tatarlarının geri qaytarılmasına kömək etməyi xahiş edib.

Ərdoğanın Türkiyənin taxıl müqaviləsini dayandırmasının “zərərli” nəticələrinin qarşısını almaq üçün “tərəddüd etmədən” tədbirlər görəcəyini dediyi bildirilir.

Turan İSMAYIL