Senatorlar Ukraynanın NATO-ya vaxtından əvvəl qoşulması üçün qətnamə təqdim etdilər

 22:38 21.07.2023     303

Respublikaçı Lindsi Qrem və demokrat Riçard Blumental ABŞ Senatının Ukraynanın NATO-ya vaxtından əvvəl qoşulmasına dəstək haqqında qətnamə layihəsini təqdim ediblər.

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukraynanın ABŞ-dakı səfiri Oksana Marçenko feysbuk səhifəsində məlumat verib. O qeyd edib ki, senatorlar sənəddə Amerika lideri Co Baydeni Ukraynanın Alyansa qoşulması üçün aydın, hərtərəfli yol hazırlamaq üçün NATO liderləri ilə əməkdaşlığa çağırırlar.

Qətnamə layihəsində qeyd olunur ki, Senat Ukraynanın NATO-ya daxil olmasını gələcək müharibələrin qarşısının alınması, sülhün təşviqi, Avropanın və dünyanın gələcək təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Sənəddə həmçinin Senatın Ukrayna hökuməti və xalqı öz suverenliyini müdafiə etməyə və müstəqil, azad və demokratik bir xalq olaraq qalmaq üçün mübarizə aparmağa davam edərkən, 500 gündən çox davam edən bu səbəbsiz müharibədə onlara dəstək olduğu bildirilir.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski senatorların qətnamə layihəsini mühüm xəbər adlandırıb.

"Həqiqətən, yalnız bu, Ukraynanı və bütün Avropamızı, demokratiyamızı və azadlığımızı Rusiyanın yeni təcavüzlərindən etibarlı şəkildə qoruya bilər. NATO-nun məkanı nə qədər geniş olarsa, sülh və ümumi təhlükəsizlik məkanı da bir o qədər geniş olar", - o, tviterdə yazıb.

Turan İSMAYIL