İslam dünyası Qurana qarşı edilənlərə reaksiya verməlidir - Hakan Fidan

 23:10 21.07.2023     301

İslam dünyası Qurana qarşı edilənlərə mütəşəkkil reaksiya verməlidir.

Redaktor.az TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər naziri Hakan Fidan Venesuelanın xarici işlər naziri İvan Gil ilə birgə mətbuat konfransı zamanı deyib.

"Danimarka və İsveçdə Quranı təhqir etmək dəb halını alıb. İslam dünyası bu mövzuda mütəşəkkil reaksiya vermədikcə, Qərb ölkələrində heç bir məlumatlılığın olmayacağını düşünürük." - deyə Fidan qeyd edib.