Polşa Putinin qalmaqallı açıqlamalarından sonra Rusiya səfirini "xalça üzərinə" çağıracaq

 00:05 22.07.2023     312

Rusiya Prezidenti Vladimir Putinin növbəti qalmaqallı bəyanatından sonra Polşa Xarici İşlər Nazirliyi Rusiya səfiri Sergey Andreyevi "xalça üzərinə" çağıracaq.

Redaktor.az “RBC-Ukrayna” ya istinadla xəbər verir ki, bunu Polşanın baş naziri Mateuş Moravetski özünün tviter hesabında yazıb.

"Stalin yüz minlərlə polşalının ölümünə görə məsuliyyət daşıyan hərbi cinayətkar idi. Tarixi həqiqət şübhəsizdir. Rusiya Federasiyasının səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq", - Polşa hökumətinin başçısı bildirib.

Xatırladaq ki, bu gün Putin deyib ki, Polşa “müstəqilliyinin bərpasına görə SSRİ-yə təşəkkür etməlidir”, çünki diktator Stalin ona qərb torpaqlarını “hədiyyə edib”.

Kreml rəhbəri həmçinin eyham vurub ki, Polşa guya Belarusa hücum etmək istəyir və sərhəddə qüvvələr toplayır.

Turan İSMAYIL