Tarixdə ilk dəfə ABŞ hərbi gəmisi Avstraliyada istismara verildi

 09:28 22.07.2023     250

ABŞ Hərbi Dəniz Qüvvələrinin sahil döyüş gəmisi "USS Canberra" Sidneydə istismara verilib.

Redaktor.az xəbər verir ki, bu barədə Avstraliyanın müdafiə naziri Riçard Marles bildirib.

Müdafiə naziri Kanberra və Vaşinqton arasında dərin inteqrasiya və əməkdaşlığı nümayiş etdirərək "USS Canberra"nın "Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinin tarixində Avstraliyada dizayn edilmiş və istismara verilmiş ilk Amerika döyüş gəmisi olduğunu" vurğulayıb.