Türkiyə 10 ildən sonra Misirə səfir təyin etdi

 11:29 22.07.2023     329

Türkiyə 10 ildən sonra Misirə səfir təyin edib.

Redaktor.az xəbər verir ki, bu barədə “Resmi Gazete”də məlumat yayımlanıb.

Sözügedən vəzifə Salih Mutlu Şenə həvalə olunub.

Xatırladaq ki, Türkiyə ilə Misir arasında münasibətlər 2013-cü ildə hərbçilər tərəfindən islamçı Məhəmməd Mursinin devrilməsindən sonra pisləşib, bundan sonra tərəflər öz səfirlərini geri çağırıblar. 2021-ci ilin mart ayında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankara ilə Qahirə arasında əlaqələrin diplomatik səviyyədə bərpa olunduğunu bəyan edib.