Çarli Çaplinin qızı vəfat etdi

 11:47 22.07.2023     330

Çarli Çaplinin qızı aktrisa Jozefina Çaplin vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə Fransanın “Le Figaro” nəşri məlumat yayıb.

Aktrisanın ölümünün səbəbləri açıqlanmayıb. Jozefinanın 74 yaşı var idi. Çaplinin varisləri aktrisa ilə vidalaşmanın dar ailə çərçivəsində və mətbuatda işıqlandırılmadan baş tutduğunu bildiriblər.

Jozefina Çaplin aktyor və rejissor Çarli Çaplinin amerikalı aktrisa Une O'Nil ilə dördüncü evliliyində anadan olub. Onun böyük bacısı Ceraldine Çaplin idi, eyni zamanda aktrisa idi.

Jozefinanın filmoqrafiyasında 20-dən çox layihə var, lakin onun "Kenterberi nağılları" və "Qırmızı gecələr" filmlərindəki rolları ona ən böyük şöhrət gətirib.

Turan İSMAYIL