Krım körpüsü yenidən bağlandı

 12:18 22.07.2023     307

Krım körpüsündə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti dayandırılıb.

Bu barədə Redaktor.az TASS-a istinadən xəbər verir.

Bunun səbəbi açıqlanmır.

Xatırladaq ki, iyulun 17-də Krım körpüsündə partlayış baş verib. Hadisə nəticəsində 2 nəfər həyatını itirib, yetkinlik yaşına çatmayan bir uşaq xəsarət alıb. Məlum olub ki, hücum Ukrayna Silahlı Qüvvələri və Ukrayna Təhlükəsizlik Xidmətinin xüsusi əməliyyatıdır. İyulun 21-də isə Krım körpüsündə hərəkət bərpa olunub.