Türkiyədə oteldə yanğın - 2 ölü, 12 yaralı

 13:38 22.07.2023     485

Türkiyənin Antalya bölgəsində tarixi Kaleiçi ərazisində yerləşən butik oteldə baş verən yanğın nəticəsində 2 nəfər ölüb, 12 nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, yaralılardan ikisinin vəziyyəti ağırdır.

Ölənlərdən biri Livanəsilli turistdir. Yaralılar hospitala yerləşdirilib.

Yanğın söndürülüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən