Mərakeş sahillərində miqrantları daşıyan qayıq aşdı - 6 ölü

 14:14 22.07.2023     240

Mərakeş sahillərində miqrantları daşıyan qayıq aşıb.

Redaktor.az “Maghreb Arabe Presse” nəşrinə istinadən xəbər verir ki, nəticədə 6 miqrant həyatını itirib.

Bildirilir ki, qayıq çətin hava şəriti səbəbindən qayalara çırpılıb.

Həmçinin 48 nəfərin sağ qaldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.