Ukraynada Rusiyanın hərbi jurnalisti öldü, foto-müxbir yaralandı

 15:05 22.07.2023     212

Rusiyanın hərbi jurnalisti Rostislav Juravlyov Ukraynada artilleriya atəşi nəticəsində ölüb.

Redaktor.az xəbər verir ki, məlumatı TASS yayıb.

Hadisə Ukraynanın Zaporojye vilayətinin Pyatixata kəndində baş verib.

Məlumata görə, atəş nəticəsində foto-müxbir Konstanrin Mixalçevski yaralanıb.