"Milli sərnişin sürət qatarının hazırlanması üzərində işlər gedir” - Türkiyəli nazir

 16:37 22.07.2023     328

Türkiyə milli elektrik qatarını istehsal edəcək.

Redaktor.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

Onun sözlərinə görə, Türkiyə milli elektrik qatarını istehsal edir: “Artıq milli sərnişin sürət qatarının hazırlanması üzərində işlər gedir”.

O, sürət qatarının prototipinin hazırlıq işlərin 2024-cü ildə başlamağı planlaşdırdıqlarını qeyd edib: “Hədəfimiz 2025-ci ildə sərnişin daşımalarının istismara verməkdir”

Xatırladaq ki, A.Uraloğlu bu il mayın 27-də Adapazarı ilə Gebze arasında sərnişin daşımağa başlayan milli elektrik qatarının istismara verilməsi mərasiminə qatılıb.