Stoltenberq və Zelenski arasında telefon danışığı oldu

 17:36 22.07.2023     257

NATO Baş katibi Yens Stoltenberq və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

Redaktor.az xəbər verir ki, bu barədə NATO Baş katibi "Twitter"də bildirib.

Stoltenberqin sözlərinə görə, tərəflər Rusiyanın Qara dəniz taxıl sazişindən çıxması ilə bağlı fikir mübadiləsi aparıb. "Biz Moskvanın qidanı silah mexanizminə çevirmək cəhdini qətiyyətlə pisləyirik. Müttəfiqlər NATO Sammitindən sonra Ukraynanın yanındadırlar, Ukrayna NATO-ya əvvəlkindən daha yaxındır", - Stoltenberq vurğulayıb.