Avtobus gölməçəyə düşdü - Onlarla ölən və yaralı var

 19:40 22.07.2023     302

Banqladeşin cənubunda sərnişin avtobusunun yoldan çıxaraq gölməçəyə düşməsi nəticəsində azı 17 nəfər həlak olub, 35 nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Dhaka Tribune nəşri məlumat yayıb.

İlkin versiyaya görə, avtobusun təkəri partladıqdan sonra sürücü idarəetməni itirib. Nəticədə avtobus aşıb və yol kənarındakı gölməçəyə düşüb

Sərnişinlərdən 13-ü hadisə yerində, daha 4-ü xəstəxanada ölüb. Ölənlər arasında yeddi azyaşlının və beş qadının olduğu bildirilir.