Danimarka XİN Quranın yandırılmasını pislədi

 20:17 22.07.2023     290

Danimarka Xarici İşlər Nazirliyi Kopenhagendə Quranın yandırılmasını pisləyib.

Redaktor.az-ın xəbərinə görə, bu barədə Danimarka XİN-in bu gün yaydığı bəyanatda bildirilib.

Qeyd edilib ki, müqəddəs kitabların və simvolların yandırılması biabırçı hərəkət, başqa dinlərə hörmətsizlikdir: "Bu təxribatçı akt müxtəlif dinlər və mədəniyyətlər arasında parçalanma yaradır. Danimarkada dini azadlıqdır, bir çox insanlar islam dininə sitayiş edir. Bu insanlar Danimarka əhalisinin dəyərli hissəsidir”.

Danimarka XİN ölkədə insanların etirazlarını ifadə etmək hüququnun dəstəkləndiyini, ancaq bu etirazların dini xarakter daşımalı olduğunu bəyan edib.

Qeyd edək ki, iyulun 21-də Kopenhagendə İraq səfirliyi qarşısında Quran yandırılıb. Təxribat xarakterli aksiyanı sağ radikal “Danimarka vətənpərvərləri” qrupu təşkil edib.