Ermənistan bankları Rusiyanın pul köçürmə sistemindən çıxdı

 21:08 22.07.2023     307

Ermənistan bankları Rusiyanın “Unistream” pul köçürmə sistemi ilə işbirliyini dayandırıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bankların siyahısına “Armeconombank”, “Ardshinbank”, “Converse” bank və "Evocabank" daxildir.

Maliyyə qurumları müştərilərinə alternativ sistemlərdən istifadə etməyi təklif edirlər.

Xatırladaq ki, ABŞ hakimiyyəti ödəniş sisteminə qarşı sanksiyalar tətbiq edib.

Gürcüstan və Qırğızıstan bankları da “Unistream”dan imtina edib.