Çində daşqın səbəbindən 2400 insan təxliyə edildi

 21:45 22.07.2023     266

Çinin Liaoninq əyalətində güclü yağışın yaratdığı daşqın səbəbindən 2400-ə yaxın insan təxliyə edilib.

Redaktor.az-ın məlumatına görə, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Əyalətin bəzi ərazilərinə rekord miqdarda yağıntı düşüb.

Leysan dolu və güclü küləklə müşayiət olunub.

Əlverişsiz hava şəraiti ilə əlaqədar ayrı-ayrı ərazi vahidlərinin səlahiyyətli orqanları tərəfindən təhlükənin yüksək (qırmızı) və artan (narıncı) səviyyəsi elan edilib.

Daşqın təhlükəsi ilə əlaqədar 116 şaxtada işi dayandırılıb.