Lukaşenko Putinlə danışıq aparmaq üçün Rusiyaya səfər etdi

 22:23 22.07.2023     315

Belarus Prezidenti Aleksandr Lukaşenko Moskvaya işgüzar səfərə yola düşüb.

Redaktor.az xəbər verir ki, bu barədə Belarus mətbuatı məlumat yayıb.

Qeyd olunub ki, Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə sabah görüşəcək,

Liderlər təhlükəsizlik məsələləri, iqtisadi əməkdaşlıq, müttəfiqlik proqramlarının həyata keçirilməsi, sanksiyalara qarşı birgə müqavimət və beynəlxalq gündəmi müzakirə edəcəklər.

Kreml də öz növbəsində bildirib ki, prezidentlər İttifaq dövləti çərçivəsində strateji tərəfdaşlıq və inteqrasiya əməkdaşlığının gələcək inkişafı barədə danışacaqlar.