Çində təyyarə qəzası - Pilotlar öldü

 23:16 22.07.2023     306

Çinin Heylunzyan vilayətində kənd təsərrüfatı işləri üçün nəzərdə tutulan təyyarənin qəzaya uğrayıb.

Redaktor.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində iki pilot həlak olub.

Qəza kimyəvi maddələrin səpilməsi zamanı baş verib.

Hadisənin səbəbləri araşdırılır.