Vikipediyanın işində problem yaşandı

 09:09 23.07.2023     323

Dünyanın bir sıra ölkələrindən olan Vikipediya istifadəçiləri saytın nasazlığından şikayətləniblər.

Redaktor.az xəbər verir ki, bu barədə "Downdetector" saytı məlumat yayıb.

Qeyd olunur ki, onlayn ensiklopediyanın işi ilə bağlı şikayətlər Bakı vaxtı ilə saat 04:00 radələrində gəlməyə başlayıb.

Problemlər əsasən Birləşmiş Krallıq, Almaniya, Rusiya, ABŞ, Finlandiya, İsveç, Polşa və Fransadakı istifadəçilərdə olub.