Çində idman zalının damı uçdu, xəsarət alan var

 17:15 23.07.2023     245

Çinin şimal-şərqindəki Heyloncian vilayətində orta məktəbin idman zalının damının uçması nəticəsində ən azı 10 nəfər dağıntı altında qalıb.

Redaktor.az vilayət hökumətinin məlumatına istinadla xəbər verir ki, Çiçihar şəhərində 34 nömrəli məktəbin idman zalının damı yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə 12:00) çöküb. Hazırda hadisə yerində xilasedicilər çalışır.

Damın hansı səbəbdən çökdüyü bilinmir.