Rusiyanın Odessaya hücumu hərbi cinayətdir - Zurabişvili
Gürcüstan Prezidenti Salome Zurabişvili Rusiyanın Odessaya kütləvi raket hücumunu hərbi cinayət adlandırıb.
Redaktor.az xəbər verir ki, bu barədə o, özünün "Twitter" hesabında yazıb.
O qeyd edib ki, Rusiya Odessaya hücum etməklə növbəti hərbi cinayət törədib.
“UNESCO-nun Ümumdünya İrs Siyahısına – Odessaya və onun mülki əhalisinə edilən hücumları, beynəlxalq hüququn bütün normalarının kobud şəkildə pozulmasını qəti şəkildə pisləyirəm”, - dövlət başçısı vurğulayıb.