Kanadada leysan yağışda dörd nəfər itkin düşdü

 22:50 23.07.2023     280

Kanadanın Yeni Şotlandiya əyalətində rekord miqdarda düşən yağış səbəbindən dörd nəfər itkin düşüb.

Redaktor.az xəbər verir ki, bu barədə CTV kanalı məlumat yayıb.

Leysan zamanı itkin düşənlərdən ikisi uşaqdır.

Milli meteoroloji büronun məlumatına görə, şənbə günü əraziyə 200-250 mm arasında yağış yağıb.

İyul ayında yağıntının norması təxminən 40 mm-dir