Çin təbii qaz üçün dərinliyi 10 min metrdən çox quyu qazacaq

 09:28 24.07.2023     309

Dünyanın ikinci ən böyük iqtisadiyyatına malik olan Çin yeni təbii qaz ehtiyatları tapmaq üçün dərinliyi 10 min metrdən çox quyu qazacağını bildirib.

Redaktor.az "Ekonomim"ə istinadən xəbər verir ki, Çinin daxili təbii qaz tələbatının ödənilməsi üçün Sichuan əyalətində 10520 metrlik quyu qazılmağa başlanılıb.

“Shendi Chuanke 1” adlanan layihə çox dərinliklərdə təbii qaz ehtiyatlarının tapılmasını hədəfləyir. 

Humay İSGƏNDƏRLİ