Çində orta məktəbin damı uçdu - 11 nəfər öldü

 09:55 24.07.2023     284

Çinin Heilongjiang əyalətində məktəbin idman zalının damının uçması nəticəsində 11 nəfər ölüb.

Redaktor.az "TRT Haber"ə istinadən xəbər verir ki, bölgə yanğınsöndürmə və xilasetmə qruplarının verdiyi açıqlamada dağıntı zamanı zalda 19 nəfərin olduğu bildirilib.

Rəsmilər dağıntılar altında olan 11 nəfərin cəsədlərini tapdıqlarını, 4 nəfərin isə yaralı olaraq xilas edildiyini açıqlayıb.

Humay İSGƏNDƏRLİ