İndoneziyada qayıq batdı: 15 nəfər öldü

 10:28 24.07.2023     417

İndoneziyanın Sulavesi adası yaxınlığında qayığın batması nəticəsində 15 nəfərin öldüyü, 19 nəfərin itkin düşdüyü açıqlanıb.

Redaktor.az "TRT Haber"ə istinadən xəbər verir ki, sözügedən sərnişin qayığının tutumundan artıq sərnişin daşıdığı üçün batdığı bildirilib.

20 nəfərlik taxta qayıqda 40 nəfərin olduğu açıqlanıb. Xilasetmə qrupları indiyədək 6 nəfərin xilas olduğunu qeyd edib.

Humay İSGƏNDƏRLİ