Moskva hava limanlarında uçuşlar təxirə salındı

 10:31 24.07.2023     431

İyulun 24-də Rusiyanın paytaxtı Moskvada hava limanlarında 22 reys təxirə salınıb və bəzi gecikmələr var.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bununla bağlı ölkə mediası məlumat yayıb.

Paytaxtdakı 3 hava limanında da vəziyyət eyni cürdür. Paytaxtın hava limanlarında təyyarələrin uçuş vaxtının kütləvi şəkildə dəyişdirilməsinin səbəbi barədə məlumat verilmir.

Xatırladaq ki, bu gün səhər saatlarında Moskvaya PUA hücumu olub.

Humay İSGƏNDƏRLİ