Avropa Ukraynaya kifayət qədər yardım etmir - Tramp

 11:48 24.07.2023     314

Ukrayna Avropa ölkələrindən təxminən 100 milyard dollar almalıdır ki, yardımın həcmi Vaşinqtonun Kiyevə verdiyi yardımla müqayisə oluna bilsin.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş prezidenti Donald Tramp "Fox News"a müsahibəsində bildirib.

Jurnalistin Kiyevə gedən maliyyə axınını dayandırmağa qərar verib-verməməsi ilə bağlı sualını cavablandıran siyasətçi qeyd edib ki, münaqişənin həllinə nail olacaq.

“Əvvəla, mən Avropaya deyərdim: “Sizin 100 milyard dollara yaxın borcunuz var, ödəməlisiniz. Avropa ABŞ-la müqayisədə çox az iş görür”, - deyə Tramp öz fikrini bölüşüb.

O, Avropanın Ukraynaya daha yaxın, ABŞ-ın isə okeanın o tayında olmasına da diqqət çəkib.

“Niyə biz 150 milyard dollar xərclədik, onlar isə 20 milyard dollar xərclədilər? Onların ölkələrinin iqtisadiyyatları, əgər hamısı toplanıbsa, demək olar ki, həcm baxımından bizimlə eynidir”, - deyə keçmiş Amerika lideri xatırladıb.

O, həmçinin hazırkı dövlət başçısı Co Baydeni sonuncunun Pentaqonda sursat çatışmazlığını təsdiqlədiyinə görə tənqid edib. Tramp bildirib ki, dünyada nüvə müharibəsi təhlükəsi artdığı və ölkəni “nə etdiyini bilməyən” bir adam idarə etdiyi üçün ABŞ ən təhlükəli dövrünü yaşayır.

Turan İSMAYIL