Ərdoğan Nazirlər Kabinetində taxıl müqaviləsi üzrə danışıqları müzakirə edəcək

 11:53 24.07.2023     253

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabineti ilə Rusiya Prezidenti Vladimir Putinlə taxıl müqaviləsi üzrə mümkün danışıqları müzakirə etməyi planlaşdırır.

Redaktor.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.

Nəşr yazıb ki, Ərdoğanın Putinlə gözlənilən danışıqları Türkiyə Nazirlər Kabinetinin növbəti iclasının əsas mövzusu olacaq.

Bundan əlavə, Ərdoğan hökumətlə İsveç və Danimarkada Qurani-Kərimin yandırılması ilə bağlı hərəkətləri, həmçinin İsveçin NATO-ya daxil olması prosesini və Avropa İttifaqı ilə Türkiyə arasında münasibətləri müzakirə etməyi planlaşdırır.

Turan İSMAYIL