“Şadam ki, Ankara ilə dialoqu bərpa etdik” - Ermənistan prezidenti

 12:04 24.07.2023     329

Ermənistan qonşu dövlətlərlə balanslı, yaxşı münasibətlərə malik olmaq istəyir və buna görə də hökumət Türkiyə ilə normallaşma yolunu seçib.

Redaktor.az "Sputnik Armenia"ya istinadla xəbər verir ki, bunu İtaliyada işgüzar səfərdə olan Ermənistan prezidenti Vaaqn Xaçaturyan yerli “La Repubblica” nəşrinə açıqlamasında deyib.

"Mən şadam ki, bu qədər ildən sonra Ankara ilə yenidən dialoqa başladıq. Biz gələcəyə baxmaq, uşaqlarımıza hansı bölgəni buraxmaq istədiyimizi anlamaq lazımdır. Biz müharibəyə deyil, regional tarazlığa və sülhə çalışmalıyıq", - Xaçaturyan bildirib.

Vaaqn Xaçaturyan əlavə edib ki, Ermənistan regionda sabit və uzunmüddətli sülhün əldə olunmasına, eləcə də qonşuları ilə balanslaşdırılmış münasibətlərin qurulmasına sadiqdir.

Turan İSMAYIL