Restoranda siqaret çəkməyə icazə verilməyən şəxs atəş açdı - 3 nəfər xəstəxanalıq oldu

 12:26 24.07.2023     395

Dağıstanda restorana gələn qonaq ona masa arxasında siqaret çəkməyə icazə verməyən işçilərə hücum edib.

Redaktor.az bu barədə "gazeta.ru"ya istinadla xəbər verir.

Məlumata görə, hadisə Dərbənddəki “Zamok” restoranında baş verib. Müəssisənin əməkdaşlarının dediyinə görə, kişilərdən ibarət qrup ictimai asayişi pozub, qonaqlardan birinin masa arxasında siqaret yandırması işçi heyətinin narazılığına səbəb olub.

Kişi əvvəlcə ofisiantın iradına sakit reaksiya versə də, sonra yenidən siqaret çəkməyə başlayıb, restoranın sahibi gələnlərin yanına çıxıb. Qonaqlarla kafenin sahibi arasında mübahisə yaranıb və bu zaman qonaqlardan biri travmatik tapançanı çıxararaq atəş açıb.

Hadisə yerindən 3 nəfər xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Turan İSMAYIL