Almaniya 2031-ci ilə qədər sursat alınması üçün 20 milyard avro ayıracaq
Almaniya sursat çatışmazlığı yaşayır və 2031-ci ilə qədər vəziyyəti düzəltməyə hazırlaşır.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius "Der Spiegel" jurnalına müsahibəsində deyib.
O, deyib ki, sursat olmadan hətta ən qabaqcıl silah sistemləri də yararsızdır:
"Biz istəyirik və 2031-ci ilə qədər silah-sursata 20 milyard avrodan çox sərmayə qoymalıyıq", - nazir əlavə edib.
“Der Spiegel” daha əvvəl yazıb ki, Almaniya Silahlı Qüvvələrinin sərəncamında indi 20.000 155 mm-lik mərmi var. NATO qaydalarına əsasən, 2031-ci ilə qədər Almaniyanın sərəncamında 230 min hərbçi olmalıdır.
Xüsusilə, Almaniya Müdafiə Nazirliyi "Panzerhaubitze" 2000 haubitsaları üçün 155 mm-lik mərmi almalıdır.
xatırladaq ki, 2022-ci il fevralın sonunda Almaniya parlamenti müdafiə ehtiyacları üçün 100 milyard avro ayrılmasına səs verib.
Turan İSMAYIL