Berlin və Varşava Ukraynaya verilmiş "Leopard"larla bağlı razılığıa gəldi

 16:35 24.07.2023     298

Berlin və Varşava Ukrayna Silahlı Qüvvələrinə təhvil verilmiş "Leopard 2" A4 tanklarına xidmət göstərilməsi barədə razılığa gələ biliblər. A5 və A6 modelləri isə Almaniyanın sənaye qüvvələri tərəfindən təmir olunacaq. 

Redaktor.az "gazeta.ru"ya istinadla xəbər verir ki, bunu Almaniya Müdafiə Nazirliyinin ölkənin Nazirlər Kabinetindəki nümayəndəsi Mitko Müller bildirib.

"Almaniya-Polşa səyləri uğurlu olub - həm dövlətlər, həm də onların sənayeləri "Ukrayna Leopard 2" tanklarının təmiri üçün imkan yaradır", - o deyib.

Eyni zamanda, Müller avadanlığın təmiri üçün sexlərin harada yaradılacağını dəqiqləşdirməyib.

Turan İSMAYIL