İraq səfirliyi qarşısında Quran yandırıldı
"Danimarka vətənpərvərləri" ultra-millətçi təşkilatının fəalları İraqın Kopenhagendəki səfirliyi qarşısında Quranı yandırıblar.
Redaktor.az "news.ru"ya istinadla xəbər verir ki, bu barədə Qərb mediası məlumat yayıb.
Bildirilib ki, bu gün səhər iki nəfər səfirlik binasına gələrək müqəddəs müsəlman kitabının yandırıblar.
Ötən həftə həmin təşkilatın fəalları da analoji aksiya keçirərək feysbukda onlayn yayımlayıblar.
Qeyd edək ki, "Danimarka vətənpərvərləri" qrupu İslama qarşı təhqiramiz ifadələr səsləndirməklə tanınır. Bir müddət əvvəl onun nümayəndələri Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında türk bayrağını və Quranı təhqir etmişdilər.
Turan İSMAYIL