Ukrayna və Polşa vahid dövlətin yaradılması ilə bağlı razılığa gələ bilərlər - ABŞ kəşfiyyatçısı

 19:10 24.07.2023     313

Ukrayna Prezidenti Volodimir Zelenski və Polşa rəhbəri Anjey Duda vahid dövlətin yaradılması ilə bağlı razılığa gələ bilərlər.

Redaktor.az "Komsomolskaya pravda"ya istinadla xəbər verir ki, bu fikri amerikalı keçmiş kəşfiyyatçı Skott Ritter deyib. Üstəlik, onun fikrincə, iki dövlətin liderləri bunu hamıdan gizli şəkildə edəcəklər.

“Zelenski və Duda Polşa və Ukrayna arasında respublikalar arasındakı sərhədləri sözün əsl mənasında siləcək siyasi birliyin yaradılması imkanını müzakirə etmək üçün bir neçə dəfə görüşdülər” - deyən keçmiş kəşfiyyatçının fikrincə, hadisələrin bu cür inkişafı Rusiya ilə Polşa arasında gərginliyə səbəb ola bilər. O, Ukraynanın Rusiya ilə müharibədə qalib gələ bilməyəcəyini iddia edərk deyib ki, bu səbəbdən Zelenski belə çıxılmaz addım atmağa hazırdır.

Qeyd edək ki, bundan əvvəl Ritter Ukraynanın Polşa, Rumıniya və Macarıstana birləşdiriləcəyi üçün ərazilərinin bir hissəsini itirəcəyini bildirmişdi. Keçmiş kəşfiyyatçı hesab edir ki, Ukraynanın bölünməsi öz növbəsində Avropa İttifaqı ölkələri ilə Şimali Atlantika Alyansı arasında münaqişəyə gətirib çıxaracaq.

Turan İSMAYIL