Viktoriya Nuland Blinkenin müavini olacaq

 20:07 24.07.2023     270

Viktoriya Nuland ABŞ dövlət katibinin birinci müavini təyin ediləcək.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken məlumat verib.

Dövlət katibinin müavini Vendi Şerman dövlət qulluğundan təqaüdə çıxacağını bildirib və iyulun 28-i onun bu postda son iş günüdür.

“Biz şanslıyıq ki, təcrübəsi, bacarığı və Departamentə bağlılığı olan biri bu məsuliyyəti öz üzərinə götürəcək”, - Blinken bildirib.

Nuland hazırda ABŞ dövlət katibinin köməkçisi vəzifəsində çalışır.