Moskvadan Tverə gedən qatar yandı

 22:57 24.07.2023     376

Rusiyanın paytaxtı Moskvadan Tverə gedən elektrik qatarı yanıb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə fövqəladə hallar xidməti məlumat yayıb.

"Hadisə Moskvadan Tverə gedən qatarda baş verib. Naqillərdə qırılma və yanğın baş verib", - agentliyin həmsöhbəti bildirib.

Məlumata görə, Podsolneçnaya dəmir yolu vağzalında elektrik qatarı vaqonunun damında yanğın baş verib. Yanğın zamanı insan tələfatı olmayıb.

Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi onu da əlavə edib ki, saat 21:30-da yanğının lokallaşdırılması elan edilib, saat 21:31-də açıq yanğın söndürülüb. 

Turan İSMAYIL