ABŞ yaxın günlərdə Ukraynaya yeni hərbi yardım elan edəcək - Dövlət Departamenti
Amerika Birləşmiş Ştatları yaxın günlərdə növbəti hərbi yardım paketinin bir hissəsi kimi Ukraynaya yeni silahların veriləcəyini elan edəcək.
Redaktor.az "RBC-Ukrayna"ya istinadla xəbər verir ki, ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller bunu keçirdiyi brifinqində bildirib.
O, Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunu hər hansı şəkildə şərh etməkdən imtina edib:
"Bizim nöqteyi-nəzərimizə görə, Ukrayna bu əks-hücum əməliyyatını həyata keçirmək üçün lazım olan hər şeyə malikdir. Biz onu böyük miqdarda hərbi texnika ilə təmin etmişik, o cümlədən Avropadakı və dünyadakı müttəfiqlərimiz və tərəfdaşlarımız. Və biz bunu davam etdirəcəyik, ona görə də yaxın günlərdə daha çox hərbi yardım elanlarını gözləmək olar", - Miller vurğulayıb.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar digər NATO ölkələri ilə birlikdə Ukraynanın əks-hücumunu dəstəkləmək üçün "möhkəm dayanmağa" davam edəcək.
Turan İSMAYIL