Türkiyə Danimarkada Quranın təhqir olunmasını PİSLƏDİ

 23:22 24.07.2023     275

Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayaraq, Danimarkada müsəlmanlar üçün müqəddəs olan Qurani-Kərimin təhqir olunmasını kəskin şəkildə pisləyib.

Redaktor.az xəbər verir ki, bəyanat Türkiyə Xarici İşlər Nazirliyinin tviter hesabında yayılıb.

"Biz müqəddəs kitabımız olan Qurani-Kərimə qarşı bu gün (24 iyul) Kopenhagendə atılan aksiyanı qətiyyətlə pisləyirik. Danimarka hakimiyyətini beynəlxalq öhdəliklər çərçivəsində hərəkət etməyə, eləcə də İslama və milyardlarla dindarlara qarşı nifrəti qızışdırmağa yönəlmiş bu cür çirkin hərəkətlərin qarşısını almaq üçün tədbirlər görməyə çağırırıq", - bəyanatda deyilir.

Qeyd edək ki, bu gün kiçik bir qrup etirazçı İraqın Kopenhagendəki səfirliyi qarşısında Quranı yandırıb. Məlumata görə, aksiyanı “Danimarka vətənpərvərləri” sağçı radikal qruplaşması həyata keçirib.

Turan İSMAYIL